Amsterdamda Karre Teatrında bədbəxt hadisə baş verib.
Lent.az axşam.az-a istinadən xəbər verir ki, rusiyalı iki akrobat 10 metr yüksəklikdən yıxılıb.
Belə ki, “Səma mələkləri” perfomansı göstərən cütlük qoruyucu kəmərlərdən istifadə etməyib. Onlar xəstəxanaya aparılıb. Həkimlər bildirib ki, sənətçilərdən biri ciddi şəkildə yaralanıb. Hadisədən sonra tamaşaçılar zaldan çıxarılıb və şou ləğv edilib.