İran generalının öldürülməsi Trampın 8 il əvvəl yazdığını gündəmə gətirdi - FOTO
03 yanvar 2020 16:09 (UTC +04:00)

İran generalının öldürülməsi Trampın 8 il əvvəl yazdığını gündəmə gətirdi - FOTO

ABŞ-ın raket zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrininin rəhbəri Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ prezidenti Donald Trampın 8 il əvvəl yazdığı “tweet” yenidən gündəmə gəlib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti 2011-ci il iyulun 29-da - Barak Obamanın prezident olduğu dövrdə ABŞ-İran münasibətlərinin pisləşdiyini nəzərdə tutaraq yazdığı bu sözlər müzakirələrə səbəb olub:

“Obama yenidən seçilmək üçün İranla müharibə başladacaq”.

Sözügedən paylaşımın yenidən gündəmə gəlməsindən sonra Donald Trampın 2020-ci il prezident seçimlərində ikinci dəfə seçilməsi üçün bilərəkdən İranla münasibətləri pozduğu rəyləri yazılıb.

# 5724
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar