Oğlunu qətlə yetirən ata ilə bağlı YENİ XƏBƏR
02 yanvar 2020 12:56 (UTC +04:00)

Oğlunu qətlə yetirən ata ilə bağlı YENİ XƏBƏR

Daxili İşlər Nazirliyi Göygöldə baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanvarın 1-də saat 15 radələrində, əvvəllər məhkum olunmuş Y. Bayramovun yaşadığı Nadil kəndindəki evin yanması və həyətində oğlu Mahirin qətlə yetirilmiş meyitinin olması barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Göygöl rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. 

Hadisə yerinə baxış zamanı evin 90 kvadrat metr sahədə 4 otağının və çardaq hissəsinin yanar konstruksiyalarının yanması müəyyən edilib, yaxınlıqdakı əkin sahəsində isə həmkəndlisi olan oğlu Mahirin ov tüfəngindən yetirilmə xarakterli xəsarəti olan meyiti tapılmış və hadisə yerinin yaxınlığında 2 ədəd giliz aşkar edilərək götürülüb.

Hadisəni münaqişə zəminində törədən atası Yaşar könüllü olaraq Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsinə gələrək cinayəti törədərkən istifadə etdiyi 1 ədəd lüləsi kəsilmiş “İJ-16” markalı tüfəngi və 8 ədəd patronu təhvil verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4300

Oxşar yazılar