Bu il cəza alan TV-lərin adları açıqlanıb
30 dekabr 2019 16:16 (UTC +04:00)

Bu il cəza alan TV-lərin adları açıqlanıb

Milli Televiziya və Radio Şurası (MTRŞ) illik hesabatını açıqlayıb.

Şuradan Lent.az-a verilən məlumata görə, bu il ərzində Milli Televiziya və Radio Şurasının (MTRŞ) apardığı monitorinqlər zamanı "Space"in efirində aprelin 4-də saat 08:00-11:00 arası yayımlanan “Hər Səhər” proqramında  “Yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydalar”ın 3.7-ci bəndinin (ədəbsiz ifadələrdən, sözlərdən və ya jestlərdən istifadə edilən səhnələrin yayımlanması) tələbinin pozulduğu müəyyən edilib.

İnzibati Xətalar Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən “Space Müstəqil Televiziya və Radio Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyət barəsində inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilib. Məhkəmə  qeyd olunan pozuntuya görə “Space" barəsində 6 min manat cərimə cəzası tətbiq edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1169

Oxşar yazılar