322
14:36
30 Dekabr 2019

Bu il 43 tondan artıq qan tədarük olunub - RƏSMİ

Son illər Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir.

Lent.az məlumat verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin illik hesabatında bildirilib ki, ümumilikdə 89 sümük iliyi transplantasiyası aparılıb, onlardan 13 nəfər kəskin leykoz, 6 nəfər aplastik anemiya, digər 70 nəfər isə böyük beta-talassemiya xəstəsi olub:

"Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 10 il öncə 19,5 ton qan tədarük edilmişdisə, 2019-cı il ərzində bu rəqəm 43 tondan artıq olub.

Yalnız Məhərrəm Aşura günü ərzində 5809 nəfər insandan qan götürülüb və 2614 litr qan tədarük edilib.

Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir".