Tətil günlərində qar yağacaq - PROQNOZ
30 dekabr 2019 12:51 (UTC +04:00)

Tətil günlərində qar yağacaq - PROQNOZ

Azərbaycanda yanvarın 1-i və 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, 2020-ci il yanvarın 1-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Gecə və səhər bəzi yerlərdə duman olacaq,  mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 10-14 dərəcə isti olacaq. Yanvarın 2-də dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə duman, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 10-14 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında yanvarın 1-2-də hava əsasən yağmursuz olacaq,  lakin yanvarın 2-də axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, 2-də gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1608

Oxşar yazılar