10:52
30 Dekabr 2019

Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları keçib

Pofisitli tədiyə balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən 13,7 faiz artaraq 50,9 milyard dollara çatıb ki, bu da ümumi daxili məhsulu üstələyir.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2020-ci il və ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatına istinadən xəbər verir.

Cari ildə tarixdə ilk dəfə Dövlət Neft Fondunun aktivləri 40 milyard dolları ötüb. Mərkəzi Bankın valyuta ehtiyatları 2019-cu ilin ötən dövründə 11 faiz artaraq 6,2 milyard dolları üstələyib.

Ölkənin beynəlxalq investisiya mövqeyi üzrə aktivləri (111 milyard dollar) öhdəlikləri (54 milyard dollar) 2 dəfədən çox üstələyir. Bu Azərbaycanın yüksək beynəlxalq ödəmə qabiliyyətini və kreditor rolunda çıxış etdiyini göstərir.

Dİgər xəbərlər