2557
19:05
30 Dekabr 2019

Anasını boğub öldürdü, sonra... - TÜKÜRPƏDİCİ OLAY

Osmaniyənin Kadirli qəsəbəsinin Camalpaşa məhəlləsində müəllim olan atası məscidə gedəndən sonra evdə tək qalıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, 30 yaşlı Məhəmməd Haktan Çatalbaş naməlum səbəbdən anası Fatma Çatalbaşla dalaşıb və onu boğaraq öldürüb. Bundan sonra polis bölməsinə gedən M.Çatalbaş “anamı öldürdüm” deyərək təslim olub.

Məlumat əsasında hadisə yerinə gedən polis və prokurorluq əməkdaşları, F.Çatalbaşı yerdə hərəkətsiz halda aşkar ediblər. Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib.

Faktla bağlı istintaq davam edir.