Əfqanıstanda “Taliban”ın hücumu zamanı 17 polis öldürülüb
30 dekabr 2019 03:30 (UTC +04:00)

Əfqanıstanda “Taliban”ın hücumu zamanı 17 polis öldürülüb

 

 

“Taliban” terror qrupşalmasının üzvləri Əfqanıstanın şimalında yerləşən Tahar əyalətindəki polis bölməsinə hücum edib. 

APA “Associated Press”ə istinadən xəbər verir ki, hücum zamanı 17 polis öldürülüb.

Əyalət qubernatorunun nümayəndəsi Cavad Xacri açıqlamasında bildirib ki, hədəf polis bölməsinin komandiri olsa da, o, heç bir xəsarət almayıb. 

Hücumun məsuliyyətini “Taliban” öz üzərinə götürüb. Bu barədə terror qruplaşmasının sözçüsü Zabihulla Mujahid bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1083

Oxşar yazılar