Bakı-Qazax avtomagistralında qəza: yaralılar var - FOTO
29 dekabr 2019 20:23 (UTC +04:00)

Bakı-Qazax avtomagistralında qəza: yaralılar var - FOTO

Bakı-Qazax avtomobil magistralının Yevlax rayonunun Səmədabad kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, “VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yevlax sakinləri - 1984-cü il təvəllüdlü İlkin Zakir oğlu Mikayılov və 1956-cı il təvəllüdlü Məmmədov Rafiq Ələddin oğlu Yevlax şəhər xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1509

Oxşar yazılar