17:29
29 Dekabr 2019

Azərbaycanda fabrik tikintisinə 17,5 milyon manat ayrıldı

Prezident İlham Əliyev yunəyirici-boyaq fabrikinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncamla yunəyirici-boyaq fabrikinin tikintisi məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.24.13-cü yarımbəndində göstərilmiş məbləğin 17 535 600 (on yeddi milyon beş yüz otuz beş min altı yüz) manatı "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Dİgər xəbərlər