Azərbaycanlı müğənni Türkiyənin populyar layihəsində çıxış etdi - VİDEO
29 dekabr 2019 13:29 (UTC +04:00)

Azərbaycanlı müğənni Türkiyənin populyar layihəsində çıxış etdi - VİDEO

 

Tanınmış müğənni Dilarə Kazımova Türkiyənin ən populyar layihəsi olan “Akustikhane”yə dəvət olunub. 

Lent.az xəbər verir ki, əsasən fərqli və bənzərsiz canlı ifaların yer aldığı verilişdə müğənni sevilən mahnılarını səsləndirib.

Türkiyədə və onun sərhədlərindən kənarda geniş kütlənin rəğbətini qazanan “Akustikhane”də Dilarə Kazımova xüsusi sevgiylə qarşılanıb.

Onun canlı ifa tərzi və mahnıları geniş izləyici marağına səbəb olub.

İfaçı “Sarı gəlin”, “Qurban adına”, “Danış” da daxil olmaqla “Akustikhanə”də 8 mahnı ifa edib.

Sənətə gəlişiylə bağlı sualları cavablandıran müğənni bildirib ki, bu sahəni seçməsində onun yaradıcı mühitdə böyüməsinin xüsusi rolu olub. Konservatoriya təhsili isə onu peşəkar musiqiyə gətirib.

Qeyd edək ki, 2010-cu ildən yayımlanan “Akustikhanə” özünəməxsus tərzi və ifası ilə seçilən müğənnilərin səs və video yazılarını yayımlayaraq geniş auditoriya toplayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2925

Oxşar yazılar