Bu il qızıl medal alan şagirdlərin sayı AÇIQLANDI
29 dekabr 2019 13:37 (UTC +04:00)

Bu il qızıl medal alan şagirdlərin sayı AÇIQLANDI

Bu il ümumi təhsil müəssisələrini bitirən məzunlardan 112 nəfər qızıl, 67 nəfər isə gümüş medalla təltif olunub.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu ildə keçirilən respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib ki, bu da əvvəlki illərə nisbətən 5 dəfə çoxdur. Onlardan 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc medal qazanıb.

2019-cu ildə Azərbaycan məktəbliləri ümumilikdə 14 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak ediblər. Məktəblilərimiz 21 gümüş, 18 bürünc medal və 6 həvəsləndirici mükafat əldə edib.

2013-2019-cu illərdə 4 qızıl, 50 gümüş, 126 bürünc, 35 həvəsləndirici mükafat olmaqla ümumilikdə 180 medal qazanılıb.

Ümumilikdə məktəblilərimiz 5 əsas fənn üzrə keçirilən dünya olimpiadalarının 4-ü  üzrə medal qazanıblar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1173

Oxşar yazılar