Keçmişlə bu günü birləşdirən klassik mətbəx dizaynı - FOTOLENT
28 dekabr 2019 19:44 (UTC +04:00)

Keçmişlə bu günü birləşdirən klassik mətbəx dizaynı - FOTOLENT


Həm keçmişin, həm də indiki zamanın dizaynını özündə birləşdirərək nostalji hislər yaradan bu dekorasiya ilə mətbəxinizə yeni görünüş verə bilərsiniz. Bəs bu cür dizaynı necə yaratmaq olar?

Lent.az Türkiyə mətbuatına istinadən klassik mətbəx bəzəklərini təqdim edir:

Metallik rənglər

Parlaq rənglər bugünkü dəbi və keçmişin bərbəzəkli dizaynını özündə birləşdirərək nostalji görünüş yaradır . Qəhvəyi, bej, ağ, açıq boz, qızılı, metalı rənglər bu üslubu tətbiq etmək üçün kömək ola bilər. Klassik mətbəx modellərindəki işıqlandırma diqqəti cəlb edən kateqoriyalardan biridir. Bundan əlavə, LED texnologiyası ilə hazırlanmış klassik dizaynlı lampalardan istifadə edərək mətbəxinizdə nostalji hisləri daha da artıra bilərsiniz.

Klassik elementlərlə açıq tonları birləşdirin

Açıq tonlardan və klassik elementlərdən istifadə edərək, daha şıq və müasir abu-hava yarada bilərsiniz. Qəhvəyi, krem rəngi, yumşaq çəhrayı ton, boz, bej və ağ istifadə edə biləcəyiniz əsas rənglər arasındadır. Mis, bürünc, qızıl kimi rənglər mətbəx dizaynına diqqətəlayiq məlumatlar verməyə imkan verir.

Döşəmələrdə açıq rəngli metlaxlara üstünlük verə bilərsiniz. Klassik və müasir stildə olan kilimlər isə mətbəxə dah da canlılıq qatacaq.

Milli nümunələr

Milli naxışlarla mətbəxdə xoş abu-hava yaratmaq mümkündür. Qırmızı, bənövşəyi, mavi, narıncı rənglərdən istifadə edərkən bu bəzək üslubundan istifadə edə bilərsiniz.

# 2231
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar