Tolik Rəhim barədə NƏLƏR YAZDI ?
28 dekabr 2019 10:09 (UTC +04:00)

Tolik Rəhim barədə NƏLƏR YAZDI ?

Müğənni Rəhim Rəhimli ilə prodüser Tolik ( Tarix Əliyev ) barışıb. Lent.az-ın məlumatına görə, Tolik bu barədə sosial şəbəkədə qeyd edib:

“2 ilə yaxın idi ki, Rəhim Rəhimli ilə aramız soyuq idi. Amma bu gün məclisdə bir araya gəldik. Həminm məclisi də Elton Hüseynəliyev idarə edirdi. Rəhim də gəldi, heçnə olmamış kimi görüşüb söhbət elədik. Söhbət əsnasında öyrəndim ki, bu gün Rəhimin ad günüdür. Ürəyimdən onu təbrik etmək keçdi. Bilmirəm, hislərimi sizə izah edə bilmirəm. Amma bircə onu deyə bilərəm ki, sənət üçün yaşayanları sənətdən küsdürməyin. Təbrik edirəm, ad günün mübarək”.

Qeyd edək ki, Tolikin Rəhim Rəhimli ilə aralarında qalmaqal yaşamalarına səbəb, müğənninin "3 canlı” verilişində Toliki tənqid etməsi olmuşdu:

"Tolik mənim də arxamca danışırdı. Mən də onun cavabını verdim. Mənə zəng vurub, deyir, niyə belə? Sənə danışmaq olar, bizə yox? Demək, sənə hər şey demək olar. Amma səndən də çox məşhur olan, işlər görən, imkanı olan insanlardan biri də bizik.

Bir müddət keçəndən sonra gördüm ki, proqramda qurdluluq edib, sataşmağa başlayıb. Anladım ki, bu insanın xasiyyəti belədir, düzəlməz. Onun 18-20 yaşı yoxdur ki, düzəlsin. Nə olsun səhər 2 saat efirə çıxırsan. O demək deyil ki, hər kəsə qadağa qoya, neqativ ötürə bilərsən".

 

Rəhimin sözlərinə isə prodüserin cavabı daha ağır olmuşdu:

 

"Niyə həmişə bəzi kişi cildində olan, amma içində qadın olan müğənnilərin xoşuna gəlməmişəm? Nə edim, sizin kimi gecələr “Tarqovu”da dumanlı başımla gəzim? Yoxsa sizin kimi ortalıqda qalım? Nə edim, açım ağzımı? Nə edəcəksiniz, məni ölkədən deport edəcəksiniz? Necə ki, vaxtında gecə ilə uçurdular səni... Qoyun, oturmuşam yerimdə".

# 2524
avatar

Oxşar yazılar