Azərbaycan vətəndaşı Rusiyada yol polisinin avtomobilində ölüb
27 dekabr 2019 19:15 (UTC +04:00)

Azərbaycan vətəndaşı Rusiyada yol polisinin avtomobilində ölüb

 

Rusiyada Azərbaycan vətəndaşı yol polisinin avtomobilində infarkt keçinərək ölüb.

APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, hadisə Leninqrad vilayətinin Volosovskiy rayonunda baş verib. Yol patrul xidməti əməkdaşı "Narva" avtomobil yolunda hərəkət edən və ön işıqları yanmayan avtomobili saxlayıblar. Avtomobilin sürücüsü Azərbaycan vətəndaşı olub. Yol polisi Azərbaycan vətəndaşına polis avtomobilində inzibati protokol tərtib edən zaman həmyerlimizin anidən vəziyyəti pisləşib. O, çətinliklə nəfəs almağa başlayıb.

YPX əməkdaşları təcili tibbi yardım briqadası çağırıblar. Lakin Azərbaycan vətəndaşının xilas etmək mümkün olmayıb. O, infarktdan avtomobildə keçinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1375

Oxşar yazılar