652
12:21
26 Dekabr 2019

İsrailin yeni təyin olunan səfiri Bakıda ağac əkdi - VİDEO

İsrailin Azərbaycanda yeni təyin olunan səfiri Corc Dik Bakıda ağac əkib.

APA-nın xəbərinə görə, bu barədə İsrail səfirliyinin “Twitter” səhifəsində bildirilib.

“Bu gün mən bir ağac əkəcəyəm, çünki ağac əkmək gələcəyə investisiya qoymaqdır. Heç bir şey zeytun ağacından daha çox ümid və sülhün gələcəyini simvollaşdırmır. İnanıram ki, zeytun ağacı yüz və min illər boyunca yaşadığı kimi, Azərbaycan xalqı ilə İsrail xalqı arasındakı dostluq da əbədi çiçəklənəcək”, - deyə səfir vurğulayıb.