625
11:47
26 Dekabr 2019

Mingəçevirdə şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLENT

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları Mingəçevir şəhəri, Mehman Bəkirov küçəsi, Əşya bazarı ərazisi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ömərov Nəsimi Rövşən oğluna məxsus un məmulatları istehsalı sexində reyd keçiriblər.

Lent.az -a qurumdan verilən məlumata görə, reyd zamanı müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi aşkarlanıb. Yoxlama zamanı istifadə edilən xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlər təqdim olunmayıb.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.