Onilliyin ən zəngin musiqiçiləri - SİYAHI
24 dekabr 2019 19:30 (UTC +04:00)

Onilliyin ən zəngin musiqiçiləri - SİYAHI

“Forbes” jurnalı onilliyin ən varlı musiqiçilərinin adlarını açıqlayıb. 

Lent.az Lenta.ru-ya istinadla xəbər verir ki, birinci yerdə Dr.Dredir. Məşhur prodüsser 2015-ci ildən albom buraxmayıb və minilliyin əvvəlindən qastrollara getməyib. Ancaq 950 milyon dollar qazana bilib.

Maliyyə uğuru Beats şirkətinin səhmlərinin 20 faizinin reperə məxsus olması ilə izah olunur. Reper həmin səhmləri Appledən 2014-cü ildə əldə edilib. 

İkinci sırada 825 milyon dollarla Teylor Sviftdir. Üçüncü yerdə 685 milyon dollarla Beyonsa qərarlaşıb. Onların pullarının böyük hissəsini qastrolların sayəsində əldə etdikləri bildirilir. 

Dördüncü sırada İrlandiyanın U2 Bono rok-qrupunun lideridir. Beşlikdə hip-hop artisti Diddy da var. 

Onluğa Elton Con, Jay-Z, Pol Makkartni, Keti Perri və Ledi də düşüb. 

# 1851
avatar

Oxşar yazılar