Poçtalyon hədiyyə daşımaqdan yorulub öldü
24 dekabr 2019 19:56 (UTC +04:00)

Poçtalyon hədiyyə daşımaqdan yorulub öldü

 

İngiltərənin cənub-şərqindəki Esseks qraflığından olan poçtalyon Milad bayramı ilə bağlı məktub və hədiyyə daşımaqdan yorularaq vəfat edib. 

Lent.az RİA Novosti-yə istinadla bildirir ki, 42 yaşlı Pol Kraş poçt firmasında sürücü işləyib. Milad bayramı ərəfəsi gündəlik daşınacaq məktub və bağlamaların sayı 100-dən 240-a qədər artıb. O, bir neçə il belə rejimdə işləməli olub. 

Poçtalyon günlərin birində ofisə 12 saatlıq işdən sonra qayıdıb və özünü pis hiss etməsindən şikayətlənib. Bir saat keçməmiş onun ürəktutması baş verib və kişi ölüb. 

“Bu, onun problemi olub. O, çox işləməkdən heç vaxt imtina etməmişdi”, - firmanın əməkdaşı Kraşa deyib. 

Kişinin həyat yoldaşı və iki uşağı qalıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1573

Oxşar yazılar