Azərbaycanda maşın ağaca çırpıldı: ölən var
24 dekabr 2019 15:13 (UTC +04:00)

Azərbaycanda maşın ağaca çırpıldı: ölən var

Qaxda baş verən yol qəzasında xəsarət alan şəxs ölüb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində xəstəxanaya yerləşdirilən, 27 yaşlı Cəsarət Vəliş oğlu Əlizadə aldığı xəsarətdən orada ölüb.

***

Saat 14:55

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb. Yevlax rayon sakininin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı iki Yevlax sakini xəsarət  alıb. Xəstəxanaya yerləşdirilən yaralılardan, 27 yaşlı Cəsarət Vəliş oğlu Əlizadənin vəziyyəti ağır qiymətləndirilir. Digər yaralının vəziyyəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1219

Oxşar yazılar