“Yolka tort”: belə hazırlayın - RESEPT
24 dekabr 2019 14:34 (UTC +04:00)

“Yolka tort”: belə hazırlayın - RESEPT

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

 

Bu dəfə sizə resept.az saytının vasitəsilə maraqlı bir tortun hazırlanması qaydalarını öyrədəcəyik.

 

Ərzaqlar:

 

500 q xırda bişirilmiş ekler (hazır satılır), 1 banka qatılaşdırılmış süd, 200 q kərə yağı, 1 paket vanilin və üstünü bəzəmək üçün bəzəklər.

 

Hazırlanması:

Kremi hazırlamaq üçün yağı mikserlə çalırıq. Sonra qatılaşdırılmış südü və vanilini əlavə edib bərkiyib tam qarışanadək çalırıq.

 

Sonra kalka kağızından dürgək (konus) düzəldirik və balaca elkerləri kermə batırıb dürgəyin içinə sıx yığırıq.

Sonra alt hissəsini bağlayıb soyuducuda 1 saat saxlayırıq. Daha sonra çıxardıb bəzəyirik. Zövqə görə istədiyiniz kimi bəzəyə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2645

Oxşar yazılar