16:59
23 Dekabr 2019

Bakıda iki nəfəri güllələyən şəxs tutuldu

Bakıda iki nəfəri güllələyən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA -ya verilən məlumata görə, dekabrın 22-də gecə saatlarında Yasamal rayonu, Şərifzadə küçəsində, əvvələr məhkum olunanlar – 1987-ci il təvəllüdlü İ.Bağıyev, 1989-cü il təvəllüdlü Z.Muradov bədənin müxtəlif nahiyyələrindən aldığı güllə yarası ilə xəstəxanaya daxil olub.

APA-nın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Tural Nağıyev tutularaq istintaqa təhvil verilib.

T.Nağıyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məlumatı Bakı Şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib

Dİgər xəbərlər