4231
19:30
23 Dekabr 2019

Kim Kardaşyan əsgərlərin qarşısında bunları da etdi...

“ABŞ şou ulduzu Kim Kardaşyanın məşhur ombaları ingilis ordusuna ilham verdi”.

Lent.az xəbər verir ki, bu barədə Türkiyə mediasında eyni başlıqda məlumat dərc olunub. Belə ki, gənc qızların orduya qatılması üçün hazırda Kardaşyanın ombalarının əks olduğu reklam hazırlanır.

“Daily Mail”-in xəbərinə görə, qız və oğlan gənclərin ingilis ordusuna cəlb edilməsi üçün Kim Kardaşyanın ombalarından "istifadə" olunacaq. Bunun üçün özəl reklam hazırlayan ordu təşkilatı aktrisanın bütöv şəklindən istifadə edəcək. Sözügedən reklamda “Orduda xidmət etmək, sosial şəbəkədə paylaşım edib "bəyən" əldə etməkdən daha çox qürürvericidir” şüarı olacaq.

Bundan əlavə, “Alacağınız təlimlər və günlük rejim sayəsində normal bədən formasında qalacaqsınız” - deyə, gənclərə xitab ediləcəyi bildirilir.

İngiltərənin Müdafiə Nazirliyi məsələ ilə bağlı açıqlama verməsə də, reklamın artıq gələn ilin yanvar ayında efirdə yayımlanacağı qeyd olunur.