2659
09:33
23 Dekabr 2019

Bakıda DƏHŞƏTLİ HADİSƏ: 3 yaşlı uşaq pəncərədən yıxılıb öldü

Bakıda ehtiyatsızlıqdan pəncərədən yıxılan 3 yaşlı uşaq dünyasını dəyişib.

Bu barədə Lent.az -a 1 saylı Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Xəstəxanadan daxil olan xəbərə görə, 2016-cı il təvəllüdlü Hüseynova Elif Bəhruz qızı bu gün səhər saatlarında ölüb.

Qeyd edək ki, APA -nın məlumatına görə, hadisə dünən axşam saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Valideyn nəzarətindən kənar qalan 3 yaşlı E.Hüseynova binanın 3-cü mərtəbəsindən yıxılıb. O, ağır xəsarətlə 1 saylı xəstəxanaya yerləşdirilib.