19:51
22 Dekabr 2019

“Milan” tarixində 4-cü dəfə fiaskoya uğrayıb

İtaliyanın A seriyasının XVII turu “Milan”ın fiaskosu ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, Berqamoda “Atalanta”nın qonağı olan milanlılar 0:5 hesabı ilə uduzublar.

Bu, klubun tarixində A seriyasında beş və ya daha çox top fərqilə alınan 4-cü darmadağındır. Sonuncu belə hadisə 1998-ci ildə qeydə alınıb. Həmin vaxt “Roma” “Milan”a 5 cavabsız qol vurub.

İtaliya A seriyası
XVII tur
22 dekabr
“Atalanta” – “Milan” – 5:0

Qomes, 10, Paşaliç, 61, İliçiç, 63, 72, Muriel, 83

Dİgər xəbərlər