Alman polisi 2 Suriya vətəndaşı saxladı
22 dekabr 2019 07:20 (UTC +04:00)

Alman polisi 2 Suriya vətəndaşı saxladı

 

 

Almaniyanın paytaxtı Berlin şəhərində təşkil olunmuş Milad yarmarkasında həyəcanlı anlar yaşanıb.

APA “Berliner Zeitung” nəşrinə istinadən xəbər verir ki, hadisə 2016-cı ildə terror hadisəsinin baş verdiyi “Breitscheidplatz” meydanında baş verib.

Bildirilib ki, yarmarkada polis tərəfindən şübhəli əşya aşkarlanıb. Onun partlayıcı olduğu ehtimal edilib. 

Polis vətəndaşlara "dərhal dağılışın!" çağrışını edib.

Qeyd edək ki, şübhəli şəxs qismində 2 nəfər Suriya vətəndaşı saxlanılıb.  Onların partlayıcı maddələrlə işləmək təcrübəsinin olduğu müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1178

Oxşar yazılar