Rusiyada yol qəzasında biri yeniyetmə olmaqla 3 nəfər ölüb, 5 nəfər yaralanıb
21 dekabr 2019 22:20 (UTC +04:00)

Rusiyada yol qəzasında biri yeniyetmə olmaqla 3 nəfər ölüb, 5 nəfər yaralanıb

 

 

Rusiyanın Başkordostan Muxtar Respublikasının Abzelilovski rayonunun Askarovo kəndi yaxınlığında ağır yol qəzası baş verib. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.

Bildirilib ki, “Zaz Chance” markalı avtomobillə “Skoda Fabia” markalı minik maşını toqquşub. Hadisə nəticəsində biri yeniyetmə olmaqla üç nəfər ölüb, beş nəfər yaralanıb.

Başqırdıstan Dövlət Fövqəladə Hallar Nazirliyinin və Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib. 

Faktla bağlı araşdırma başlanılıb.

# 910
avatar

Oxşar yazılar