İrimiqyaslı narkotik əməliyyatı: 1260 polis iştirak edir
22 dekabr 2019 19:14 (UTC +04:00)

İrimiqyaslı narkotik əməliyyatı: 1260 polis iştirak edir

Bu gündən etibarən Türkiyədə irimiqyaslı narkotacir əməliyyatı başlayıb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, Diyarbəkirdə başlayan əməliyyatda hüquq-mühafizə orqanlarının ayrı-ayrı qruplarından ümumi 1260-lıq nəfərlik heyət iştirak edib. Ölkənin Daxili İşlər Nazirliyindən verilən açıqlamada əməliyyatlarda, bölgədə narkotik satışı ilə məşğul olan terror qruplarını zərərsizləşdirmək və onların maliyyə mənbəyini məhv etmək qarşıya qoyulduğu bildirilir. Əməliyyatlarda çevik qüvvələrdən, polis dəstələrindən və mühafizə polislərindən ibarət ümumilikdə 1260 nəfərliq şəxsi heyət və ya 80-dən artıq əməliyyatçı dəstə yer alıb.

Qeyd edək ki, bundan əvvəl görülən tədbirlər zamanı 40 milyon çətənə bitkisi və 43 ton narkotik maddə məhv edilib.

# 1453
avatar

Mehman Nəbiyev

Oxşar yazılar