444
10:34
21 Dekabr 2019

5 gün əvvəl qəza törədən sürücü ötən gecə öldü

Zaqatalada xəstəxanada ölüm hadisəsi olub.

DİN mətbuat xidmətinin Şəki Regional qrupundan Lent.az -a verilən məlumata görə, rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində müalicə alan Bəhmətli kənd sakini 35 yaşlı Vüsal Məmməd oğlu Şirinov ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, Vüsal Şirinov dekabrın 16-da qoşqulu motosikletlə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.