401
16:33
20 Dekabr 2019

Oğurluğa görə tutulmuşdu: İrana qaçanda saxlanıldı

Biləsuvarda sərhəd pozucusu saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az -a verilən məlumata görə, dekabrın 14-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında naməlum şəxs İrana keçərkən saxlanılıb. Onun Cəlilabad rayon sakini, 46 yaşlı İbrahimov Zahid Eldar olduğu müəyyənləşdirilib.

Aparılan araşdırmalar zamanı Z.İbrahimovun 2018-ci ildə oğurluğa görə məhkum olunması və 2019-cu ilin iyun ayında vaxtından əvvəl şərti azadlığa buraxıldığı da müəyyən edilib.