"Facebook”da milyonlarla istifadəçinin məlumatı TƏHLÜKƏ QARŞISINDA
20 dekabr 2019 19:29 (UTC +04:00)

"Facebook”da milyonlarla istifadəçinin məlumatı TƏHLÜKƏ QARŞISINDA

Sosial şəbəkənin 267 milyondan çox istifadəçisinin fərdi məlumatları internetdə yerləşdirilib.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, bu haqda “Comparitech” tədqiqat şirkəti məlumat yayıb.

Hakerlər forumlardan birində “Facebook”un milyonlarla istifadəçisinin telefon nömrələri, fərdi identifikatorları və başqa məlumatlarını yerləşdiriblər.

Mənbənin informasiyasına əsasən, məlumat itkisi Vyetnamdan olan hakerlərin işidir, amma provayderə məlumat bazası haqqında məlumat verildikdən sonra o bloklanıb. “Facebook” istifadəçilərinin fərdi məlumatlarının dəqiq yüklənmə sayı bilinmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1251

Oxşar yazılar