1643
19:46
20 Dekabr 2019

Qaçırılan körpə 55 ildən sonra tapıldı

ABŞ-ın Miçiqan ştatında 55 il əvvəl baş verən sensasiyalı cinayətin qurbanı olaraq oğurlanan Dora Fronçakın oğlu tapılıb.

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, İllinoys ştatının Çikaqo şəhərindən olan Dora Fronçakın 1964-cü ilin aprel ayında oğlu doğulub. Növbəti gün onun xəstəxanadakı palatasına tibb bacısına bənzəyən ağ paltarlı qadın boylanıb. O, uşağı həkim yanına aparacağını söyləyərək yeni doğulan körpəni götürərək gedib. Bundan sonar onu görən olmayıb.

Qaçırılan körpənin axtarışında polis, Federal Təhqiqat Xidməti, hətta poçtalyonlar da iştirak ediblər. İki ildən sonra Nyu-Cersidə Dora Fronçakın oğluna bənzəyən oğlan uşağı tapılıb. Onu ehtimal olunan anasına qaytarıblar.

2014-cü ildə genetik testlər göstərib ki, Françak Nyu-Cersidən olan uşağın anası deyil. Federal Təhqiqat Bürosu bundan sonra axtarışları bərpa edib.

Bir neçə ay əvvəl agentlər onun əsl oğlunu tapa biliblər. Müəyyən olunub ki, kişi Miçiqan ştatındakı kiçik şəhərcikdə başqa adla yaşayır. Onun 55 yaşı var və xərçəng xəstəliyindən əziyyət çəkir.

Araşdırma başa çatmadığından, onu qaçıranın şəxsiyyəti və bu addımının motivləri haqda informasiya yoxdur.