1266
22:37
19 Dekabr 2019

Bələdiyyə sədrliyinə namizəd saxlanılmayıb – DİN-dən açıqlama  

"Sabirabad rayon sakini Fariz İxtiyar oğlu Ağayevin üzərindən narkotik aşkar edilməsi və onun saxlanılması barədə mediada yayılan məlumatlar yalandır".

Bu sözləri Lent.az -a DİN-in mətbuat xidmətinin Şirvan Regional qrupunun baş inspektoru, polis baş leytnantı Toğrul Nəsirli deyib.

O, yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib:

"Adıçəkilən şəxs barədə heç bir həbs-qətimkan tədbiri seçilməyib".

Qeyd edək ki, bu gün günorta saatlarından etibarən yerli KİV-də Sabirabad rayon sakini Fariz Ağayevin üzərindən narkotik maddə aşkar olunması barədə məlumatlar yayılıb. Barəsində məlumat yayılan şəxsin YAP Sabirabad rayon təşkilatının sədrinin oğlu olduğu və özünün də bələdiyyə sədrliyinə namizədlik irəli sürdüyü qeyd olunurdu.