544
19:08
19 Dekabr 2019

Yeni ultrasəs texnologiyası təqdim edildi

Ultrasəs skanerləri artıq barmaq izi datçikləri kimi istifadə olunur, lakin “UltraSense Systems” şirkətinin mühəndisləri populyar texnologiyanı təkmilləşdiriblər.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, yeni həll istənilən səthi (şüşə, metal, ağac və ya plastik) sensor səthə çevirməyə imkan verir.

İstehsalçının məlumatına görə, “TouchPoint” adlandırılmış kiçikölçülü çip hər cür hazır həllər yaratmağa imkan verir. Şirkətin nümayəndələri iddia edirlər ki, texnologiya toxunuşu qeydə almaq üçün ultrasəsdən istifadə edir, səthin çirklənmə səviyyəsindən asılı olmayaraq istənilən sıxlıqlı materiallarla işləyə bilir.

Tərtibatçıların məlumatına görə, aşağı enerji istehlakına malik ultrasəs datçiki əsasında işləyən sensor interfeyslər asanlıqla “ağıllı” saat, artırılmış və virtual reallıq üçün avadanlıqlara inteqrasiya edilə, həmçinin avtomobillərdə istifadə edilə bilər.