Qadın bankın səhvinə görə milyonçu oldu
19 dekabr 2019 19:56 (UTC +04:00)

Qadın bankın səhvinə görə milyonçu oldu


Amerikanın Dallas şəhərinin sakini bankın səhvinə görə əlavə 37 milyon dollar alıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, insidentlə bağlı dekabrın 10-da məlum olub. Qadın həmin gün ayaqqabı mağazasındakı işini başa vurduqdan sonra bankdakı hesabını yoxlamaq qərarına gəlib.

O ilk baxışda düşünüb ki, 37 milyon dolları kimsə ona bağışlayıb. Qadın hətta həmin pulu perspektivdə necə idarə edəcəyi haqda da düşünməyə macal tapıb.

O, pulun bir hissəsini xeyriyyəçilik üçün vermək qərarına gəlib. Amerikalı qalan pulu daşınmaz əmlaka yatırtmaq qərarı verib.
O, hətta əldə etdiyi milyonlarlıa bağlı ərini də məlumatlandırıb.

Əri banka zəng vurub, lakin orada deyiblər ki, ciddi səhvə yol verilib. Bankda üzrxahlıq edilərək pul köçürülməsini ləğv ediblər.

Qadın hesabının ekran görüntüsünü çəkməyi də vaxt tapıb. Onun fikrincə, bu ona milyonçu olduğunu söyləməyə imkan verəcək.
Daha sonra bank səhvini bir bank işçisinin xarici valyutada əl ilə köçürmə aparması ilə izah edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3007

Oxşar yazılar