1519
16:26
22 Dekabr 2019

Yeni il gecəsi üçün makiaj seçimi - FOTOLENT

İlin son gecəsində bütün diqqətləri üzərinizə yönləndirəcək makiaj tövsiyələri.

Qırmızı pomada

Yeni ili və Şaxta babanı təmsil etmək üçün dekabrın rəngi qırmızıdır. Buna görə bayram gecəsi qırmızı pomada vurmaq məsləhətdir. Dodağınıza belə tünd rəng şəkəndə, gözlərinizə və dərinizə daha təbii rənglər istifadə etməlisiniz.

Üzünüzə kontur çəkin

Dərinizin rənginə uyğun bir ənlik və ya krem bronzer ilə üzünüzə kontur çəkin. Kontur çəkmək üz sümüklərinizi daha qabarıq və üzünüzü olduğundan daha incə göstərəcək.

Mənalı baxışlar

Üz və dodaq makiyajını daha sadə tonlarda istifadə edin. Bu cür makiyajla gözlərinizi daha da cəlbedici etmək üçün tuş və süni kirpik istifadə edə bilərsiniz.

Təbii makiyaj

Üzünüzə çəhrayı və şaftalı rəng tonlarında olan ənliklərdən və həmin rəng pomadalarından istifadə edərək daha təbii görünə bilərsiniz.