Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və müavininin saxlanılma səbəbi məlum oldu - YENİLƏNİB
19 dekabr 2019 13:05 (UTC +04:00)

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və müavininin saxlanılma səbəbi məlum oldu - YENİLƏNİB

 Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı və müavininin saxlanılması səbəbi məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, onlar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən rüşvətə görə tutulublar.

***

12:42

Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı saxlanılıb.
 
Lent.az-ın əldə etdiyi məlumata görə, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı tutulub.
 
Onunla birlikdə, Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavinlərindən birinin də əməliyyat zamanı saxlanıldığı barədə məlumat var. Onlar saxlanılaraq Bakıya gətirilib.
 
N.Quliyevin və müavinin saxlanmasının səbəbləri hələlik məlum deyil.
 
Əməliyyat barədə rəsmi qurumlar da hələlik heç bir açıqlama yaymayıb.
 
Qeyd edək ki, “Bakupost” saytı Azərbaycanda hüquq-mühafizə orqanları əməkdaşlarının rayon İcra Hakimiyyəti başçılarından birini iş başında həbs etdiyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, icra başçısı ilə yanaşı, onun müavini də saxlanılıb. 

# 14790
avatar

Oxşar yazılar