Bu il Bakıda 100 metr velosiped yolu çəkilib - RƏSMİ
19 dekabr 2019 11:06 (UTC +04:00)

Bu il Bakıda 100 metr velosiped yolu çəkilib - RƏSMİ

Bakı Nəqliyyat Agentliyi (BNA) yol infrastrukturunun yaxşılaşdırılması çərçivəsində 2019-cu ildə gördüyü işlər haqqında məlumat yayıb.

BNA-dan Lent.az-a verilən məlumata görə, agentlik tərəfindən bu il ərzində 256 avtobus dayacaq pavilyonu təmir edilib, 21 taksi duracaq məntəqəsi təşkil olunub.

Agentliyin gördüyü işlər nəticəsində 2019-cu ildə daha 675 metr səki “ideal səki” tələblərinə uyğunlaşdırılıb, 100 metr velosiped yolu pilot layihəs olaraq inşa edilib.

Yol nişanlarına gəlincə isə, agentlik 218 ədəd yol nişanı dəmiryol keçidlərində quraşdırılıb, 19 ədəd 3.27 nişanı 3.28 nişanı ilə əvəz edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1267

Oxşar yazılar