2711
13:59
18 Dekabr 2019

Kərimi məhkəməyə verdi - "Erməni" sözünə görə

“Soy production”ın rəhbəri Oqtay Əliyev müğənni Kərim Abasovu məhkəməyə verib.

Lent.az -ın məlumatına görə, bu barədə K.Abbasov sosial şəbəkədə yazıb:

“Bu gün ilk məhkəmə prosesi oldu. Hakim işi icraya almadı və rədd etdi. Qəribəsi bundadır ki, əgər, onlara alman, ingilis və ya “çinqaçunq” desəydim, məni məhkəməyə verəcəkdilər. Mənə kimsə “erməni” desə, vecimə olmaz. Ona görə ki, ermənilərlə heç bir qohumluğum və münasibətim yoxdur. Soğan yeməmişəmsə, içim niyə göynəməlidir ki? Oqtay müəllim, yazdığım sms-də də demişəm, sizə hörmətim olub və olacaq. Gözəl insansınız, Dilarə xanımı da doğmam kimi çox istəyirəm. Amma gərək belə etməzdiniz. Qardaşınızla aranızda yerlə-göy qədər fərq var. Onu özünüzə tay etməyin”.

Qeyd edək ki, Kərim Oqtay Əliyevin qardaşı Elçin Əlibəyli ilə qalmaqal yaşayıb. Onlar illərdir küsülüdür.