Azərbaycan əhalisi nə qədər kredit alıb? - RƏSMİ
18 dekabr 2019 11:11 (UTC +04:00)

Azərbaycan əhalisi nə qədər kredit alıb? - RƏSMİ

Mərkəzi Bankın məlumatlarına görə, 2019-cu il noyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14445,8 milyon manat təşkil edib, onun 11758,3 milyon manatı uzunmüddətli kreditlər olub.

Lent.az-a Dövlət Statistika Komitəsindən bildirilib ki, ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,6 faizini təşkil edib. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2019-cu il noyabr ayının 1-nə 8811,1 milyon manat olub.

Həmçinin 2019-cu ilin yanvar-noyabr aylarında milli valyutanın 1 dollara nisbətdə orta məzənnəsi 1,70 manata, 1 avroya – 1,91 manata, 100 Rusiya rubluna – 2,62 manata bərabər olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1048

Oxşar yazılar