07:20
18 Dekabr 2019

ABŞ-da kazinoda baş verən silahlı insident zamanı 3 nəfər ölüb

ABŞ-ın Montana şataının Great Falls şəhərindəki “Emerald Casino”da silahlı insident baş verib.

APA yerli “NBC Montana” telekanalına istinadən xəbər verir ki, atışma nəticəsində üç nəfər ölüb.

Great Falls şəhər polisinin “facebook” səhifəsində yaydığı məlumatda bildirilir ki, hadisə gecə saat 02:00-da qeydə alınıb. Bir nəfər ağır xəsarətlə “Benefis” xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı yerli polis araşdırmaya başlayıb.

Dİgər xəbərlər