17:52
17 Dekabr 2019

“Çelsi” transfer üçün 180 milyon avro xərcləyəcək

İngiltərənin “Çelsi” klubu qış transfer dövründə hücum xəttini gücləndirəcək.

apasport.az saytının məlumatına görə, London təmsilçisi yeni transferlərə 180 milyon avroya yaxın xərcləmək niyyətindədir.


Klub rəhbərliyi heyətdə görmək istədiyi hücumçuların siyahısını da müəyyənləşdirib. Keçidi mümkün olan oyunçular arasında Timo Verner (“Leypsiq”), Ceydon Sanço (“Borussiya” D), Vilfrid Zaha (“Kristal Pelas”), Leon Beyli (“Bayer”) və Samuel Çukveze (“Vilyarreal”) yer alıb.

“Çelsi” “Lion”un hücumçusu Mussa Dembeleyə də iddia edir. 23 yaşlı hücumçu ötən il “Seltik”dən 22 milyon avroya transfer olunub.

Dİgər xəbərlər