400
19:07
17 Dekabr 2019

Keçmiş məhkum silahla tutuldu


Bakı şəhər sakinində silah-sursat aşkarlanıb.

Lent.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Əsədzadədən nömrəsi silinmiş, lüləsi kəsilmiş “TOZ-B” markalı tüfəng və 5 ədəd patron aşkar edilərək götürülüb.