İmişlidə baş verən yol qəzasında 2 bacı xəsarət aldı
17 dekabr 2019 15:27 (UTC +04:00)

İmişlidə baş verən yol qəzasında 2 bacı xəsarət aldı

 

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Bəcrəvan kəndində qeydə alınıb. “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində Beyləqan sakinləri, 1978-ci il təvəllüdlü Mamaxova Könül Vaqif qızı və onun bacısı, 1976-cı il təvəllüdülü Cəfərova Aynur Vaqif qızı xəsarət alıblar.

Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

# 1130
avatar

Oxşar yazılar