Umayra Tağıyeva: "Bakıda havanın temperaturu iqlim normasından yüksəkdir"
17 dekabr 2019 13:39 (UTC +04:00)

Umayra Tağıyeva: "Bakıda havanın temperaturu iqlim normasından yüksəkdir"

“Hazırda Bakıda havanın temperaturu iqlim normasından 3 dərəcə yüksəkdir”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. 

O bildirib ki, temperaturun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi, Bakıda və Abşeron yarımadasında 12-16°, Mərkəzi Aran rayonlarında 13-18°, dağlıq rayonlarda 8-13° isti olacağı gözlənilir:  “Yaxın 3 gün ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyinin sürəti ayrı-ayrı yerlərdə arabir 15-18 m/s olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1304

Oxşar yazılar