802
09:51
17 Dekabr 2019

Mübahisə cinayətlə bitdi: 25 yaşlı gənc qan tökdü

Göyçayda bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Şəki Regional qrupundan Lent.az -a verilən məlumata görə, cinayət əməlini törədən 25 yaşlı Kamil Həsrətov Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin şəxsi münasibətlər zəminində meydana gəldiyi bildirilir. Zərərçəkmiş 38 yaşlı Azər Əmirov isə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Lent.az -a daxil olan xəbərə görə isə yaralının vəziyyətinin stabil və dinamik nəzarətdə olduğu bildirilib.

Qeyd edək ki, APA -nın xəbərinə görə, hadisə Göyçay şəhərində, Dövlət İdarəetmə və Texnologiya Kollecinin yanında qeydə alınıb. 1994-cü il təvəllüdlü Kamil Həsrətov Şuşadan olan məcburi köçkün, Peşə Liseyinin yataqxanasında məskunlaşan 1981-ci il təvəllüdlü Əmirov Azər Sabir oğlunun döş qəfəsinə bıçaqla xəsarət yetirib.

Dİgər xəbərlər