Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atıldı
16 dekabr 2019 15:24 (UTC +04:00)

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atıldı

 

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 16 komanda 8 cütlük təşkil edib.

Bu raundda qrup mərhələsinin qalibləri ikinci yer sahiblərini sınağa çəkəcək. Eyni ölkə və eyni qrupdan olan komandaların üz-üzə gələ bilmədiyi mərhələnin ilk oyunları fevralın 18-19, 25-26-da, cavab matçları martın 10-11, 17-18-də keçiriləcək.

Çempionlar Liqası

1/8 final

“Borussiya” D (Almaniya) - PSJ (Fransa)

“Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə)

“Atalanta” (İtaliya) - “Valensiya” (İspaniya)

“Atletiko” (İspaniya) - “Liverpul” (İngiltərə)

“Çelsi” (İngiltərə) - “Bavariya” (Almaniya)

“Lion” (Fransa) - “Yuventus” (İtaliya)

“Tottenhem” (İngiltərə) - “Leypsiq” (Almaniya)

“Napoli” (İtaliya) - “Barselona” (İspaniya)

# 1170
avatar

Oxşar yazılar