"KİA" avtobusla toqquşdu, 6 nəfər xəstəxanaya düşdü
16 dekabr 2019 09:47 (UTC +04:00)

"KİA" avtobusla toqquşdu, 6 nəfər xəstəxanaya düşdü

Bakıda avtobusun iştirakı ilə qəza baş verib.

Lent.az xəbər verir ki, hadisə dekabrın 14-də, səhər saat 10 radələrində, paytaxtın Əmircan qəsəbəsində, “Tosoil” yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verib. 23 yaşlı Sadıxlı Zamin Meydan oğlu idarə etdiyi “KİA Sorento” markalı avtomobillə əks yola çıxaraq “İsuzu” markalı sərnişnin avtobusu ilə toqquşub. Nəticədə Zamin Sadıxlı və avtobusun sərnişinləri, 32 yaşlı İsgəndərova Xəyalə İzzət qızı, 45 yaşlı Əkbərova Səadət Namiq qızı, 48 yaşlı Əlimərdanova Arzu Loğman qızı, 8 yaşlı İsgəndərova Əsnas Elşən qızı və 16 yaşlı Məcidova Aynur Ramiz qızı xəsarət alıb. Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Avtobusda yaralanan sərnişinlər ilkin tibbi yardımdan sonra evə buraxılıblar.

Məlumat əsasında hadisə yerinə baxış keçirilib.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.

# 708
avatar

Mehman Nəbiyev

Oxşar yazılar