Rusiyada yol qəzasında 4 nəfər öldü
16 dekabr 2019 05:25 (UTC +04:00)

Rusiyada yol qəzasında 4 nəfər öldü

 

 

Rusiyada “VAZ-2110” avtomobili ilə “Nissan Sunny” minik maşını toqquşub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, qəza nəticəsində “VAZ-2110”da olan 4 nəfər ölüb.

Rusiya Daxili İşlər Nazirliyinin regional şöbəsindən bildirilib ki, hadisə Xantı-Mansi Muxtar vilayətində İrtiş avtomobil yolunun 36-cı kilometrliyində baş verib.

Polis əməkdaşları qəza yerində hadisənin başvermə səbəblərini araşdırır.

# 935
avatar

Oxşar yazılar